XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Millət vəkili əlil arabasındakı yaradıcı gənclə görüşdü
MƏDƏNİYYƏT 08:17 / 28.05.2021

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva fiziki məhdudiyyətli yaradıcı gənc, I qrup əlil Samir İmanovla Mədəniyyət Komitəsində görüşüb.

Kult.az xəbər verir ki, millət vəkili onun fəaliyyəti, yaradıcılıq planları və qayğıları ilə maraqlanıb, uğurlar arzulayıb.

Samir İmanovun fəaliyyətini, yaradıcılığını maraqla izlədiyini deyən Komitə sədri onun "Zəif əzələ, güclü iradə”, "Hədəfdəki insan”, "Özünlə fəxr et” kitablarını, təsisçisi olduğu "Qartal.org” saytını xatırladaraq, bütün bunların cəmiyyətin təqdiri ilə qarşılandığını vurğulayıb:

"Siz öz yaradıcılığınızla yalnız fiziki məhdudiyyətli şəxslərin qarşılaşdığı problemlərə toxunmursuz, eyni zamanda fiziki məhdudiyyətli gənclər üçün bir örnək təşkil edirsiz. Sizin yaratdığınız örnək neçə-neçə fiziki məhdudiyyətli gəncimizə ümid çırağı yandırır, onları da yaradıcılıqla məşğul olmağa, uğurlara sövq edir - bu, özü bir nəticədir. Sizə yeni uğurlar diləyirəm”.

Q.Paşayeva S.İmanova Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

S.İmanov səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.


836 oxunub

InvestAZ