XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



3 ayda baş verən yol qəzalarında 125 nəfər ölüb - BDYPİ
HÜQUQ 16:34 / 17.05.2021

Azərbaycanda istifadədə olan nəqliyyat vasitələrinin sayı 1 milyon 500 mindən artıqdır.

Yenisəs.az-ın məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

O bildirib ki, ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər həyata keçirilir: "Bu ilin 3 ayı ərzində ölkə ərazisində 376 yol qəzası baş verib ki, nəticədə 125 nəfər ölüb, 370 nəfər isə xəsarət alıb.

Aparılan təhlillər göstərir ki, baş verən yol qəzalarının 37,8 faizi piyada vurulmasıdır. Son 3 ayda Bakıda piyada vurulması nəticəsində 17 nəfər ölüb, 34 nəfər xəsarət alıb".


1045 oxunub

InvestAZ