XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Ceyhun Bayramov Lavrovla danışdı
Gündəm 21:50 / 13.05.2021

Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Yenisəs.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Belə ki, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.


939 oxunub

InvestAZ