XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Ceyhun Bayramov sərhəddəki gərginliyə görə ATƏT sədri ilə danışdı
Gündəm 21:30 / 13.05.2021

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

Bu barədə Yenisəscan.az-a   XİN-dən məlumat verilib.

Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan sərhədindəki son vəziyyətlə bağlı Ermənistanın xarici işlər naziri ilə də telefonla danışıb. Bu barədə Ann Linde özünün tvitter səhifəsində yazıb.

"Azərbaycandan olan həmkarım Ceyhun Bayramov və Ermənistandan olan həmkarım Ara Ayvazyanla Azərbaycan və Ermənistan sərhədindəki son vəziyyətlə bağlı telefonla danışdım. ATƏT sədrliyi və şəxsi nümayəndəm vəziyyəti yaxından izləyir”-deyə, o bildirib.


893 oxunub

InvestAZ