XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı oldu
SİYASƏT 17:38 / 13.05.2021

Mayın 13-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Yenisəs.az  bildirir ki,  bu barədə  məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti  yayıb.

Qazaxıstan Prezidenti Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, əmin-amanlıq arzularını çatdırıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, Kasım-Jomart Tokayevi və Qazaxıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək firavanlıq arzulayıb.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında uğurla inkişaf edən dostluq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Türk Şurası çərçivəsində də ölkələrimizin uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.


711 oxunub

InvestAZ