XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Putindən Ramazan təbriki
SİYASƏT 17:33 / 13.05.2021

Rusiya prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

Yenisəs.az xəbər  verir ki,  bu barədə   məlumatı   Kremlin mətbuat xidməti   yayıb.

"Müqəddəs Ramazan ayı bitdi və Rusiya müsəlmanları çoxdan gözlənilən parlaq bayramı qarşılamaqdan məmnundurlar. Qədim zamanlardan Ramazan Bayramı xeyirxah işlər və möhtaclara qayğı ilə qeyd olunur, insanların özlərini inkişaf etdirmək istəyini təcəssüm etdirir”, - təbrikdə deyilir.

Qeyd edək ki, bir qədər əvvəl Ramazan Bayramı günü 13 may günü Moskvanın üç əsas məscidi tərəfindən kütləvi qeyd edilməyəcəyi bildirilib. Bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi təşkilatının saytında məlumat verilib.

"Bayram namazı yalnız hər üç məscidin ruhanilərinin və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin işçilərinin iştirakı ilə keçiriləcək və onlayn yayımlanacaq", - məlumatda deyilir.

Qərarın bayram namazı zamanı dindarların kütləvi infeksiya təhlükəsi ilə əlaqədar verildiyi bildirilir.



919 oxunub

InvestAZ