XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Gürcüstan quru sərhədlərini açır
SİYASƏT 17:17 / 13.05.2021

Gürcüstan hökuməti quru sərhədlərini açmağı planlaşdırır.

Yenisəs.az  Axar.az-a  istinadla  xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava deyib.

Onun sözlərinə görə, quru sərhədlərinin açılması koronavirus pandemiyasının 3-cü dalğasının keçməsindən sonra baş tutacaq.

"Quru sərhədlərinin açılması planlaşdırılır, amma bu, üçüncü dalğanın ötməsilə üst-üstə düşməlidir. Bu da bir neçə həftənin məsələsidir”, - Turnava bildirib.

Qeyd edək ki, Gürcüstanın quru və dəniz sərhədləri 2020-ci ilin martından bağlıdır. Hava sərhədi isə 2021-ci ilin fevralın 1-dən açıqdır.


697 oxunub

InvestAZ