XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Paşinyan generalları təcili topladı: Nə baş verir?
SİYASƏT 17:08 / 13.05.2021

Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir. İclasın gündəliyi açıqlanmasa da, Sünikdə (Zəngəzur) baş verənlərin, Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etmək məqsədilə Gorus istiqamətində 3 kilometrə qədər irəliləməsi məsələsinin müzakirə edildiyi şübhəsizdir.

Yenisəs.az  Publika.az-a  istinadən  xəbər verir ki, Ermənistan mediası yerli mənbələrə istinadən Azərbaycan Ordusunun irəli çəkdiyi mövqelərdən geri çəkilmədiyini yazır. Danışıqlar nəticə verməyib, sabah yenidən cəhd edəcəklər.

Ermənistan xarici işlər naziri Ara Ayvazyan rusiyalı həmkarı Lavrovla danışıb və Azərbaycanın əvvəlki mövqeyə qaytarılmasını xahiş edib. Ardınca Rusiya müdafiə naziri Sergey Şoyqu və Ermənistan müdafiə naziri Vaqraşak Arutyunyan arasında telefon söhbəti olub. Rəsmi məlumata görə, tərəflər Qarabağdakı rus sülhməramlıların fəaliyyətini müzakirə ediblər. Lakin Laçın-Gorus sərhədində baş verənlərin müzakirə edildiyi istisna deyil.

Mümkündür ki, Ermənistan telefon trafikində ruslardan istədikləri dəstəyi almayıblar. Çünki məsələ dövlət sərhədinin bərpasından gedir və bu məsələnin başa çatdırılması ilə bağlı Moskvanın vasitəçiliyi ilə şifahi razılaşmalar var. Paşinyanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi də bununla bağlıdır və iclasda daha çox bu hadisədən sonra Sünikdə (Zəngəzur) yarana biləcək gərginliyin qarşısını almaq məsələsi müzakirə oluna bilər.


814 oxunub

InvestAZ