XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Ağdama icazəsiz keçməyə cəhd edənlər saxlanılıb
KRİMİNAL 17:01 / 13.05.2021

Ağdamda işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, mayın 12-də saat 18 radələrində Ağdam rayonunun Təzəkənd ərazisində qurulmuş nəzarət postundan yayınaraq xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərməklə "UAZ” markalı avtomaşında olan 5 nəfər işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib. Həmin şəxslərin saxlanılması təmin edilərək Ağdam Rayon Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxslərlə profilaktiki səpkidə söhbətlər aparmaqla hər biri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

 


596 oxunub

InvestAZ