XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Azərbaycan Ordusu Zəngəzur istiqamətində irəlilədi
Gündəm 21:58 / 12.05.2021

Azərbaycan Ordusu Zəngəzur (Sünik) istiqamətində irəliləyib.

Yenisəs.az   Publika.az -a  istinadla  xəbər verir ki, bunu Goris icmasının (Ermənistanın Sünik bölgəsi) rəhbərinin müavini Menua Hovsepyan bildirib.

Onun sözlərinə görə, atışma yoxdur, Azərbaycan ordusunun əvvəlki mövqelərinə çəkilməyə məcbur etmək üçün danışıqlar aparılır.

Ermənistan MN-dən bildirilib ki, Azərbaycan Ordusunun sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində bir istiqamətdə irəlilədiyi müəyyənləşib. Ancaq Azərbaycan Ordusunun irəlilədikləri yerdə mühəndis işlərinin görməsinə etiraz edilib və hazırda situasiyanın nizamlanması üçün müzakirələr gedir.

Ermənistan MN İşxanasar istiqamətində döyüş getdiyi barədə erməni mediasında yayılan məlumatı təkzib edib və sərhəddə heç bir gərginlik olmadığını bildirib.

Ermənistan mətbuatı yazıb ki, Vanadzorda xidmət aparan Ermənistan ordusuna həyəcan siqnalı verilib. Erməni birləşmələri təcili Zəngəzur istiqamətinə göndərilir.


773 oxunub

InvestAZ