XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Şuşada təsirli ifa... - VİDEO
Gündəm 19:48 / 12.05.2021

Bu gün Şuşa şəhərində, Cıdır düzündə baş tutan "Xarıbülbül” musiqi festivalının bədii hissəsi gənc xanəndə Kənan Bayramlının ifası ilə başlayıb. 

Xanəndənin ifa etdiyi "Bayatı Şiraz” muğamından parça festivalın qonaqlarını kövrəldib. İfanın təsirindən göz yaşlarını saxlaya bilməyənlər də olub. Gənc sənətçinin ifasını dövlət başçısı cənab İlham Əliyev də alqışlayıb.

Qeyd edək ki, festivalın açılışı zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Həmin ifanı təqdim edirik.

https://ok.ru/video/2493169076842


729 oxunub

InvestAZ