XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



PKK-ya daha bir zərbə
KRİMİNAL 09:24 / 12.05.2021

Türkiyə ordusunun İraqın şimalındakı Avaşin-Basyan ərazisində keçirdiyi "Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın 5 terrorçusu hava zərbəsi ilə məhv edilib.

Yenisəs.az  bildirir  ki, bu məlumatı   Türkiyənin Milli Müdafiə Nazirliyi   yayıb.

"Güclülər, qətiyyətlilər və qüdrətilər! Biz İraqın şimalında terrorçuların yuvalarını dağıtmağa davam edirik. Daha beş PKK terrorçusu Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib", - Müdafiə Nazirliyini xəbərində deyilir.

Türkiyənin Hərbi Qüvvələri "Pençe-Yıldırım” əməliyyatı çərçivəsində terrorçuları zərərsizləşdirməyi davam etdirəcəklər. İraqın şimalında keçirilən əməliyyat aprelin 24-də başlayıb.


803 oxunub

InvestAZ