XƏBƏR LENTİ
20 İyun 2021
18 İyun 2021
17 İyun 2021



Gürcüstanda ailələrə Ramazan sovqatı verildi
DÜNYA 07:14 / 12.05.2021
Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) müqəddəs Ramazan bayramı münasibətilə bu ölkədə yaşayan soydaşlarımıza ərzaq yardımı kampaniyası təşkil edib.
Yenisəs.az   Publika.az
 -a  istinadla  xəbər verir ki, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov bildirib ki, hər il olduğu kimi, bu ildə Ramazan bayramı ərəfəsində təşkilata üzv və tərəfdaş şirkətlərin iştirakı ilə yardım kampaniyası keçirilib.
Aksiya çərçivəsində Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) vasitəçiliyi ilə Tbilisi şəhəri, Marneuli və Qardabani rayonlarında yaşayan 150-dən çox aztəminatlı azərbaycanlı ailəyə ərzaq məhsullarından ibarət qutular paylanılıb.
674 oxunub

InvestAZ