XƏBƏR LENTİ
20 İyun 2021
18 İyun 2021
17 İyun 2021



Şəmkirdə 2 nəfər güllələndi
KRİMİNAL 21:22 / 11.05.2021

Mayın 9-da saat 18 radələrində Musa Rüstəmov və Bakir Hüseynovun xəsarət almaları barədə Şəmkir Rayon Prokurorluğuna məlumat daxil olub.

Yenisəs.az-a Şəmkir Rayon Prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş Musa Rüstəmovun bibisi oğlu Ramin Mehdixanov şəxsi münasibətlər zəminində ona və həmin zaman onun yanında olan Bakir Hüseynova ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Ramin Mehdixanov CM-nin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.


637 oxunub

InvestAZ