XƏBƏR LENTİ
20 İyun 2021
18 İyun 2021
17 İyun 2021



İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı verdi
SİYASƏT 21:18 / 11.05.2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidenti cənab Rüstəm Minnixanova başsağlığı məktubu göndərib.

Yenisəs. az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli Rüstəm Nurqaliyeviç.

Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.


689 oxunub

InvestAZ