XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Rüstəm Muradov Xankəndidə parad keçirmədi
Gündəm 21:21 / 09.05.2021

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bu gün mayın 9-da Qələbə bayramı münasibətilə Xankəndidə parad keçirəcəyi haqda günlərdir yayılan xəbərlər özünü doğrultmayıb.

Yenisəs.az    Virtualaz.org-a istinadən xəbər verir ki, Xankəndidə parad yox, bayram münasibətilə təntənəli toplantı, mitinq olub. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, 450-dən çox sülhməramlı Xankəndinin mərkəzi meydanında təntənəli mitinqə toplaşıb və sülhməramlı qüvvələrin komandanı, general-leytenant Rüstəm Muradov hərbçilər qarşısında çıxış edib.

Təntənəli tədbir zamanı orijinalı 195-ci il mayın 1-də Reyxstaq üzərində qaldırılan Qələbə bayrağı meydana gətirilib. O cümlədən Rusiya müdafiə naziri Sergey Şoyqunun sülhməramlılara bayram videotəbriki nümayiş olunub. Mərasim zamanı 20-dən çox hərbi qulluqçu nümunəvi xidmətə görə mükafatlandırılıb. Daha sonra Rusiya Hava Kosmik Qüvvələrinin mahnı və rəqs ansamblının konserti olub.


745 oxunub

InvestAZ