XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Mayın 25-də “YAŞAT” Marafonu keçiriləcək
Gündəm 21:11 / 09.05.2021

Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə mayın 25-də "YAŞAT" Marafonu keçiriləcək.

Fonddan Yenisəs.az-a bildirilib ki, marafonun təşkil olunmasında məqsəd qazilərimizə və şəhid ailələrinə dəstək olmaq üçün bütün dünya azərbaycanlılarını "YAŞAT" Fonduna ianə etməyə dəvət etməkdir.

Marafona dəvət məqsədilə Azərbaycan Diasporuna Dəstək Fondu videocarx hazırlayıb. Videonun təsviri belədir:

Vətən müharibəsində dünya azərbaycanlıları "dəmir yumruq” ətrafında sıx birləşərək diaspor-dövlət birliyini bir daha sübut etdi.

Azərbaycan Diasporuna Dəstək Fondu və "YAŞAT” Fondu bu birliyə güvənərək şəhid və qazi ailələrinə dəstək məqsədilə Xeyriyyə Marafonu təşkil edir. Marafonda birliyimizi bir daha nümayiş etdirək.


655 oxunub

InvestAZ