XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım edib
Gündəm 11:36 / 09.05.2021

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

Yenisəs.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz veteranlar!

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!"


1615 oxunub

InvestAZ