XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Liviya Prezident Şurasının qərargahına hücum edildi - Kritik gəlişmə
DÜNYA 09:07 / 09.05.2021

Liviya Prezident Şurası qərargahının yerləşdiyi Tripolidəki Korinthia Otelə cümə axşamı bir qrup silahlı şəxs hücum edib.

Yenisəs.az Teleqraf.com-a  istinadla  xəbər verir ki, bu barədə Liviya hüquq-mühafizə orqanlarındakı mənbələr "Əl Ərəbiyyə”kanalına bildirib.

Məlumata görə, Prezident Şurasının sədri Məhəmməd əl Mənfi otelin binasını arxa qapıdan tərk etməyi bacarıb. Şuranın üç üzvü də təhlükəsiz yerə çatdırılıb. İddiaya görə, silahlılar Prezident Şurasının katibi Məhəmməd əl-Mabruku qaçırmağa nail olublar.

Liviya mediasının xəbərinə görə, hücumu ölkənin qərb bölgələrində olan qanunsuz silahlı mərkəz dəstəkləyir.

Xatırladaq ki, hazırda Liviya Milli Keçid Hökumətinə qarşı əsas silahlı müxalifətin başında general Xəlifə Haftar durur.


1462 oxunub

InvestAZ