Ruslar erməni maşınlarını Xankəndi ərazisində saxlayıblar ki, Azərbaycan avtomobil kalonu keçsin.

Yenisəs.az Unikal.org-a  istinadla  xəbər verir ki, Ermənistan mediasının yazdığına görə, bu məlumatı "Facebook” səhifəsində Qarabağda "ictimai və siyasi xadim” sayılan Bella Lalayan paylaşıb və video-görüntü də əlavə edib.

Lalayanın dediyinə görə, yayımlanan video Xankəndi ərazisində – "Xanbağı yol qovşağı”nda çəkilib.

O, bu yoldan gündə bir neçə dəfə Azərbaycan maşın karvanı keçdiyini bildirir.