XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Qulu Ağsəs: "Xoş gördük, əyil, qulağına söz deyim, Şuşam" - Video
Ədəbiyyat 23:45 / 08.05.2021

Tanınmış şair, "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Şuşaya yeni şeir həsr edib.

Yenisəs.az xəbər verir ki, şeir Anar Adil tərəfindən səsləndirilib.

Həmin şeiri təqdim edirik:

Xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

nə vaxtdı,

yad səslərdən yağır qulağına...

mən pambıq götürüm,

sənsə çöp götür,

enək İsa bulağına –

təmizləyək nisgilin,

28 bəlaya gəlmiş ilin!

...Bir də xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

da-rıx-mı-şam!..



1302 oxunub

InvestAZ