XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



İlham Əliyev Qələbənin 76-cı ildönümü münasibətilə Vladimir Putini təbrik etdi
DÜNYA 23:36 / 08.05.2021

Böyük Vətən müharibəsi illərində Azərbaycan və Rusiya xalqlarının dostluq və qarşılıqlı dəstək ənənələri iki ölkə arasında davamlı olaraq böyüməyə davam edəcək çoxşaxəli və strateji tərəfdaşlığın təməlini qoyub.

TASS-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə müharibədə qələbənin 76-cı ildönümü münasibətilə təbrikində bildirib.

"Əminəm ki, Böyük Vətən Müharibəsində ağır sınaqlara şərəflə qalib gələn xalqlarımızın dostluq və qarşılıqlı dəstək ənənələri bundan sonra da ölkələrimiz arasında strateji tərəfdaşlığın və çoxşaxəli qarşılıqlı əlaqələrimizin möhkəmlənməsi üçün etibarlı təməl rolunu oynayacaq”, - deyə məktubda bildirilib.

Azərbaycan Prezidenti müharibə veteranlarına, arxa cəbhə əməkçilərinə, eləcə də bütün dost Rusiya xalqına xoşbəxtlik, firavanlıq və uğur arzulayıb.

"9 May xalqlarımızın şanlı salnaməsində misilsiz bir cəsarət, qəhrəmanlıq və fədakarlıq rəmzi olaraq xüsusi yer tutur. Döyüş meydanlarında və arxa cəbhədə göstərilən dözümlülük, möhkəmlik və həmrəylik bəşəriyyət tarixində ən qanlı və dağıdıcı müharibənin nəticəsini müəyyənləşdirdi, faşizmin sarsılmasında əsaslı rol oynadı”, - deyə İlham Əliyev vurğulayıb.


1603 oxunub

InvestAZ