XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



CBC radiosunun Qarabağda yayımı başlayıb
HÜQUQ 15:17 / 08.05.2021

CBC radiosunun "Azerspace” peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yerüstü yayımı təmin edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən   Yenisəs.az-a verilən məlumata görə, sözügedən radio proqramının Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Goranboy, Göyçay, Qəbələ rayonları, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin edilib.

Eyni zamanda, 30 dekabr 2020-ci il tarixindən Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən CBC TV proqramının yayımına başlanılıb.


731 oxunub

InvestAZ