XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



İctimai nəqliyyat 7 gün işləməyəcək
Gündəm 10:34 / 08.05.2021

Ölkə ərazisində 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Yenisəs.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib. Qeyd edilib ki, Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. Rəsmi iş mayın 16-dan başlayacaq.


727 oxunub

InvestAZ