XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



KTN-nin tabeliyindəki qurumların strukturu təkmilləşdirildi
HÜQUQ 20:53 / 07.05.2021

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturu təkmilləşdirilib.

Yenisəs.az   xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 132 №-li Qərarına dair izahında deyilir.

Qeyd edilir ki, Nazirlər Kabinetinin Qərarında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturunun təkmilləşdirilərək onların bazasında yeni qurumların yaradılması ilə bağlı tədbirlər nəzərdə tutulub.

Qərar aqrar sahənin inkişafının təmin edilməsi, bu sahədə idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşdırılması, o cümlədən Nazirliyin strukturunun təkmilləşdirilməsi, effektiv tənzimləmə sisteminin qurulması, göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, elm, istehsal və xidmət sahəsində fəaliyyətin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi məqsədilə hazırlanıb.


1565 oxunub

InvestAZ