XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Əbülfət MƏDƏTOĞLU : - SƏNİ... (" Bir qadına..." silsiləsindən)
YAZARLAR 20:44 / 07.05.2021


Bax, gözümə kül üfür,
İşığına çəpər çək...
İstəyirsən et küfür ,
Yenə görəcək ürək -
Səni!..
Lap qara suyla doldur,
Mil üstündən , mil də vur...
Hətta ömrümü soldur,
Ürək , biləcək qürur -
Səni!
Ahımı karvana qoş,
Ümidimi küləyə...
Ürək bərabər tutur,
Ən müqəddəs mələyə -
Səni!
Üyüd dəyirmanında,
Ömrümü yarma elə...
Allahın özü qədər ,
Sevən varmı de, belə -
Səni?

1353 oxunub

InvestAZ