XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Qoşqarçayda naməlum qadın meyiti tapılıb
KRİMİNAL 11:51 / 07.05.2021

Göygöl rayonu ərazisində çayda qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN ) Yenisəs.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


598 oxunub

InvestAZ