XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Koronavirusun ağır formasının öncədən müəyyənləşdirilməsi üsulu tapılıb
Sağlamlıq 11:32 / 07.05.2021

İsveçrə, Almaniya və Fransa alimlərinin birgə araşdırması nəticəsində koronavirusun ağır formalarının xəstəliyin əvvəlində ikən müəyyənləşdirilməsi üsulu aşkar olunub.

Bu barədə "RİA Novosti” Sürix Universitetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Universitetin Eksperimental İmmunologiya İnstitutu alimləri almaniyalı və fransalı həmkarları ilə birlikdə T-qatil hüceyrələri üzərində sınaqlar aparıb.

Nəticədə məlum olub ki, COVID xəstəsinin qanında bu hüceyrələrin səviyyəsi onun xəstəliyi nə qədər ağır keçirəcəyini öncədən müəyyənləşdirməyə imkan verir. Belə ki, məhz bu hüceyrələr orqanizmin virusa qarşı erkən immun cavabı prosesində fəal iştirak edir.


540 oxunub

InvestAZ