XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Aqil ABBAS: MOSKVANIN «NATO»SU DAĞILDI
YAZARLAR 11:30 / 07.05.2021

Deməli, əvvəllər  bir «Varşava   bloku» vardı . SSRİ  NATO-nun acığına  yaratmışdı və deyəsən, SSRİ-dən və 14 dənə Sosialist Respublikalarından ibarət idi, rəqəmdə səhv edə bilərəm.  Həmin respublikaları da  SSRİ saxlayırdı. Sonra bu Blok  darmadağın oldu, elə SSRİ-nin  özü kimi.

SSRİ-nin varisi  olan, dilxor olan Rusiya  yeni bir  «NATO» yaratdı, yəni  SSRİ-nin  keçmiş respublikalarından: başda  Ermənistan  olmaqla, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus, deyəsən elə bunlardı.

Deməli, ABŞ başda olmaqla NATO  Rusiyaya  hücum  eləsə, Ermənistan  başda olmaqla həmin ölkələr ABŞ-ın da, NATO-nun da ağzını  cıracaq. Məsələ bunda deyil.  Mövzu tamam  başqadı.

İndi həmin təşkilatın, nəydi adı, yadımdan  çıxmışdı, hə, yadıma  düşdü, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iki  üzvü – Tacikistan və Qırğızıstan torpaq üstə bir-birini  qırır. Qırğızıstan  nə qədər  şəhid verib. Bu necə Təşkilatdır ki, iki üzvü bir-birini qırır, Təşkilat da baxır.

Mövzumuz bu da deyil. Deyəcəksiniz bəs, nədi? Bir az səbirli olun da.  Deməli, Qırğızıstanın sərhədlərini  bağlanmış müqaviləyə  əsasən,  Rusiya  Federasiyası qorumalıdır və guya qoruyur. Mejduproçim, həm Tacikistanda, həm də Qırğızıstanda Rusiyanın  hərbi bazaları var. İndi Tacikistan hücum edib  Qırğızıstanın  nə qədər sərhədçisini  qırıb, nə  qədərini də qırır, hətta ölkədə  matəm elan olunub.

Bəs, sərhədi  qoruyan  Rusiya  qoşunları hardadı? Niyə Tacikistana  cavab verməyiblər, yaxud  Qırğızıstanın  sərhədini  qorumayıblar?

Həmin müqaviləyə əsasən, Ermənistanın da sərhədlərini Rusiya  ordusu qoruyur. Deyəsən, 3-4 gün bundan  qabaq da Zəngəzurda Azərbaycanla sərhəddə Rusiyanın  sərhəd qoşunları  iki zastava  qurdu.

Rusiya Qırğızıstanın  sərhədini  nə təhər qoruyursa, sabah  Ermənistanın da sərhədini elə qoruyacaq.

Qonşuya ümid  olan  şamsız qalan kimi, başqa dövlətlərə arxayın olanlar da bilsinlər ki, Ermənistansız qala bilərlər.

- Rusiya batır, cənablar! Rusiya  batır!


1233 oxunub

InvestAZ