XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Aqil ABBAS: ARAİK KƏLBƏCƏRDƏ KƏND TİKDİRİR, KƏLBƏCƏRİN BAŞÇISI…
YAZARLAR 16:00 / 06.05.2021

Deməli, hələ ki Qarabağ ermənilərinin  lideri Araik Aratunyan Kəlbəcərin və Ağdərənin kəndlərini gəzir, ermənilər üçün yeni qəsəbələr  saldırır, evlərini  tikdirir. Qısası, özünü Dağlıq Qarabağın prezidenti  kimi  aparır. Bəlkə  yalan  deyirəm?

Amma Kəlbəcərin icra  başçısına hələ Kəlbəcərə getməyə icazə vermirlər. Eləcə də olsun Cəbrayılın, Zəngilanın, Qubadlının, Laçının, Şuşanın, Xocalının, Xocavəndin icra  başçılarına.

Ağdamın icra başçısı  Vaqif Həsənov bircə dəfə Ağdama getdi, öz kəndlərinə də getdi, dərhal  trollara  tapşırdılar ki, söyün, təhqir  edin Vaqif  Həsənovu. Yüz faiz bu tapşırıq   Ermənistandan  gəlməmişdi, elə  bizdən verilmişdi.

Deməli, sülhməramlıların  köməyi ilə ermənilər  Qarabağın Azərbaycan  kəndlərində  tiknti  işləri aparırlar, infrastruktur  qururlar.

Bizə isə müharibədən  altı ay keçməsinə baxmayaraq, nəinki  öz ev-eşiyimizi  tikməyə icazə verirlər, hətta  ziyarət etməyə qoymurlar.

Deyəcəksiniz minalanıb.  Başqa rayonları  deyə bilmərəm, Ağdam  şəhərini  başdan-başa  iki dəfə gəzmişəm. Evimizə-eşiyimizə də getmişəm. 

Ay hökumət, icazə ver gedim  evimizi  tikim də! Mən və mənim kimilər getsinlər  evlərini  tiksinlər, hökumətə də yük düşməsin də.

Buna da Rüstəm  Muradov  icazə verməlidir? Əgər o icazə verməlidirsə deyin, ona  müraciət edək.


1000 oxunub

InvestAZ