XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Vətən müharibəsi qəhrəmanlarına güzəştlər edilir – Qanuna dəyişiklik
HÜQUQ 20:40 / 05.05.2021

Azərbaycanda Vətən müharibəsi qəhrəmanları ilə bağlı Vergi Məcəlləsinə və Əmək Məcəlləsinə dəyişiklik edilir.

Yenisəs.az-ın məlumatına görə, qanuna təklif edilən dəyişikliklər Milli Məclisin müvafiq komitələrində müzakirə edilib.

Vergi Məcəlləsinin 102-ci maddəsinə (Gəlir vergisindən azadolmalar və güzəştlər) təklif edilən dəyişikliyə əsasən, Vətən Müharibəsi qəhrəmanları hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılan şəxslərin sırasına daxil edilir.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə Vətən Müharibəsi qəhrımanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.


831 oxunub

InvestAZ