XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Aqil ABBAS: ŞƏHİDLƏRİN RUHU AĞAC OLUB ÇİÇƏKLƏYİR
YAZARLAR 14:37 / 05.05.2021

Bu alma ağacını  aprelin 15-də qəzetimizin("ƏDALƏT"-in) əməkdaşı Nicat Novruzoğlu Ağdam məscidinin  önündə əkib. 20 gün öncə. Və gördüyünüz kimi, ağac həm yarpaqlayıb, həm də tumurcuqlayıb.

Budur Qarabağ torpağı. Budur Qarabağ torpağının bərəkəti, qeyri-adiliyi.

Uşaq vaxtı bu torpaqdan yemişəm.  Bir yerimiz qanayanda bu torpağı qoyardıq  yaramızın  üstünə, qan  kəsərdi.

Ağdama  birinci səfərimdə məhləmizdəki torpaqdan bir çimdik  götürüb yedim, dedim görüm  dadı qaçmayıb ki?  Uşaq vaxtı yediyim həmin torpaq idi, dadı-tamı da öz yerində.

Qaçay Köçərli Qədir Rüstəmova bir  şeir həsr eləmişdi:

QƏDİR,

SƏSİNİ YARAMA BAĞLAYIM.

İndi azad olunmuş  Qarabağ torpağı  bütün yaralarımızı sağaldacaq. Qazilərin, şəhidlərin yaralarına  səpdiyi  Qarabağ torpağı!

Şəhidlərin, qazilərin qanı ilə suvardıq  Qarabağ torpağını!

Şəkildə gördüyünüz alma ağacı da bir şəhidin ruhudu: yarpaqlayıb, tumurcuqlayıb.

Torpaq  deyil ey, baldı, bal.  Çiçək kimi təmiz Kəlbəcər balı, Qubadlı balı.


1274 oxunub

InvestAZ