XƏBƏR LENTİ
22 İyun 2021
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



“Şamaxinka”da 10 yaşlı qaraçı uşağı avtomobil vurdu
KRİMİNAL 10:14 / 05.05.2021

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, "Şamaxinka” adlanan ərazidə 10 yaşlı qaraçı uşaq, Dərvişov Həsən Knyaz oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


704 oxunub

InvestAZ