XƏBƏR LENTİ
19 İyun 2021
18 İyun 2021
17 İyun 2021
16 İyun 2021



Jurnalistlərə vaksinin ikinci dozasının vurulacağı tarixlər açıqlandı
Sağlamlıq 17:13 / 04.05.2021
May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında "COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq.

Mətbuat Şurasından   Yenisəs.az-a verilən məlumata görə, aprelin 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-si və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birinci dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasında aparılacaq.

4021 oxunub

InvestAZ