XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Lənkəranda intihar
KRİMİNAL 08:11 / 04.05.2021

Lənkəranda intihar hadisəsi baş verib.

Yenisəs.az xəbər verir ki, hadisə rayonun Zövlə kəndində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Rəsilə İlqar qızı Əsədova özünü yaşadığı evin 3-cü mərtəbəsindən ataraq intihar edib. Müxtəlif dərəcəli xəsarətlər alan R.Əsədova təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. R.Əsədova ailəlidir, iki övladı var. Onun psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. / "Report"


226 oxunub

InvestAZ