XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



COVID-19 bəlası 1200- nəfərdən çox jurnalisti...
Sağlamlıq 08:06 / 04.05.2021

2020-ci ildə COVID-19 pandemiyası dünyada 1227 jurnalistin həyatına son qoyub.

Yenisəs.az  Publika.az-a  istinadla   xəbər verir ki, "Press Emblem Campaign” (PEC) təşkilatı bunu Ümumdünya Mətbuat Azadlığı Günündə bildirib.

Peşə fəaliyyəti zamanı jurnalistlərin həlak olmasını hər il izləyən qeyri-hökumət təşkilatı, COVID-19-dan dünyasını dəyişən mütəxəssislərin yarısından çoxunun Latın Amerikasından (668 nəfər) olduğunu açıqlayıb. Asiyada 281, Avropada 175, Afrikada 56, Şimali Amerikada isə 47 jurnalist həlak olub.

Təşkilatın baş katibi Blez Lempenin sözlərinə görə, bu misilsiz faciə və peşə üçün böyük bir itkidir.

Ölkələrə gəldikdə, COVID-19 səbəbi ilə jurnalistlərin ölüm hallarının əksəriyyəti Braziliyada (187) qeydə alınıb, ondan sonra Peru (140), Hindistan (130) və Meksika (109) yer alıblar.

PEC yeni yoluxma hallarının güclü dalğasını yaşayan və yalnız son iki həftə ərzində COVID-19 səbəbi ilə ən azı 50 jurnalistin ölümü barədə məlumat verilən Hindistana da diqqət yetirib.


289 oxunub

InvestAZ