XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Aqil ABBAS: BAŞ ŞƏRABÇI SOVXOZ İDARƏSİNİ NİYƏ YANDIRDI?
YAZARLAR 17:40 / 03.05.2021
Şəmkirin  sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayətləri haqqında rəsmi  məlumatları  oxuyanda dəhşətə gəlirsən.

İndiyə qədər bu rayonda Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Hesablama Palatası, daha nə bilim hansı nazirlik, bəlkə adama 10-15 dəfə  yoxlama aparıb. Bəs necə olub ki,  Allahın  jurnalistlərinin üzə  çıxardıqları  faktları  bunlar aşkarlaya bilməyib?

Bu mümkün deyil, çünki həmin təşkilatların  mütəxəssisləri jurnalistlərdən ən azı  on dəfə daha çox savadlıdırlar və  bu sahədə  mütəxəssisdirlər.

Bəs niyə üzə  çıxarmayıblar? Təbii ki,öz haqlarını alıb, qayıdıb  gəlib Bakıda düzüb-qoşublar. Yaxşı olar ki,  Dövlət Təhlükəsizlik Xidməti bu məsələni də araşdırsın, heç  olmasa indən belə hansısa  nazirliklər və komitələr cinayəti gizlətməsinlər.

Atam, mən tələbə idim, Şərabçılıq Komitəsinin ən üzdə olan revizoru idi. Gəncədə  gərək ki, Nizami adına  olan  sovxozu  yoxlamışdı.  Evə başılovlu  gəlmişdi. Deyirdi ki, o sovxozda olan yeyintinin   üstü  açılarsa  azı 15-16 nəfər  güllələnməlidir.

Həmin vaxt  Cinayət Məcəlləsində 86.1 maddəsi var – xüsusilə  külli miqdarda dövlət  əmlakını  münimsəmə. Əgər bu mənimsəmə 10 min manatı  keçirdisə  cəzası  güllələnmə idi.  Və deyirdi ki, mənə yuxarıdan göstəriş veriblər ki, bu yeyintinin   üstünü  açmayım, əks halda  sənin  özün  və ailən üçün pis olar. Amma mən bunu gizlətsəm, bir gün bu  işin  üstü açılacaq, onda məni  cinayət məsuliyyətinə cəlb edəcəklər ki, niyə  vaxtında dövlətə  bu barədə  məlumat  verməmisən.

Və təbii ki, atama da külli miqdarda  rüşvət  təklif etmişdilər. Atam götürməmişdi. Ona görə yox ki, imam övladı idi, ona görə ki, bu  məsuliyyətin altına girmək istəmirdi.  Və nə vardısa, olduğu kimi Şərabçılıq Komitəsinə  təqdim etmişdi.

Üstündən bir 10-15 gün keçmiş həmin sovxozun  idarə binasını (sovxozun ayrıca Konyak  Zavodu da vardı) baş şərabçı yandırdı və bütün  sənədlər də məhv oldu. Və həmin baş  şərabçıya da binanı  yandırdığına görə güllələnmə verdilər. Özü güllələndi, amma 15-16 nəfəri  güllələnmədən  xilas elədi.

Atamın belə  xatirələri  çoxuydu.  Yeri gəldikcə yazacam. Biri də Dağlıq Qarabağın birinci katibi Gevorqovu  çıxarıb yerinə  qoyulan Poqosyanla  bağlıdır. Poqosyan yeni  vəzifəyə   təyin olunana  qədər Dağlıq Qarabağın Aqrar Sənaye Kompleksinin  sədri idi.  Mən yazdım, hər kəs öz payını  götürsün.

575 oxunub

InvestAZ