XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



"Türkiyə ordusu milli istehsal vasitələri ilə təchiz olunacaq" - Hulusi Akar
DÜNYA 09:05 / 03.05.2021

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı terror düşərgələrinə endirdiyi dəqiq zərbələr nəticəsində 44 terrorçu zərərsizləşdirilib. Bölgədə həyata keçirilən "Pəncə-Şimşək” və "Pəncə-Ylıldırım” antiterror əməliyyatları uğurla davam etdirilir.

Yenisəs.az  xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin komanda heyəti ilə birlikdə İraqın şimalında Biliç Tepe bölgəsində yerləşən hərbi hissəni ziyarət edən müdafiə naziri Hulusi Akara keçirilən antoterror əməliyyatları barədə hesabat verilib.

Milli müdafiə naziri Hulusi Akar hərbçilər qarşısında çıxışında bildirib ki, mövcud terror təhdidləri tam aradan qalxana qədər antiterror əməliyyatları davam edəcək. Aparılan mübarizə yalnız terrorçulara və terrorçuluğa qarşıdır.

Ordunun ölkə daxilində və xaricindəki mövcud fəaliyyətindən bəhs edən nazir bildirib ki, Türkiyə haqlı mübarizəsini bundan sonra da həyata keçirəcək. Türkiyə ordusunun istifadə etdiyi silah-sursat və ləvazimatlar yerli və milli istehsal vasitələri olacaq.


209 oxunub

InvestAZ