XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



“Peyvəndin Bakıya gətirilməsi dostluq jestidir” - Rusiya səfiri
Sağlamlıq 08:57 / 03.05.2021

"Rusiya pandemiyaya qarşı mübarizədə qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir".

Azvision.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib. Onun sözlərinə görə, "Sputnik V” vaksininin Bakıya gətirilməsi Rusiyanın Azərbaycana münasibətində dostluq jestidir.

"Peyvənd Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizəsində öz töhfəsini verəcək. Əminəm ki, bugünkü aksiya ölkələrimiz arasında çox yaxın və mehriban xarakterli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək”, - deyə səfir bildirib.

Qeyd edək ki, bu gün Rusiyadan Azərbaycana "Sputnik V” vaksinlərinin ilk partiyası gətirilib. İlkin olaraq 40 min doza peyvənd çatdırılıb.


441 oxunub

InvestAZ