XƏBƏR LENTİ
16 İyun 2021
15 İyun 2021
14 İyun 2021



Ər və 26 yaşlı xanımı bıçaqlanıb
KRİMİNAL 09:10 / 01.05.2021

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenisəs.az  Report-a istinadən xəbər verir ki, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Əbilzadə Eşqin Qədir oğlu və onu həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əbilzadə Nərmin Şair qızı evdə yaralı və huşsuz vəziyyətdə tapılıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan təxminən 25 yaşlarında olan kişinin boyun, qadının isə kürək və bel nahiyələrindən kəsilmiş-deşilmiş yaralar aldığı bildirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Məlumata görə, ər arvadını vurduqdan sonra özünə qəsd edib.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


1079 oxunub

InvestAZ