XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Rusiya və Ermənistan Baş Qərargah rəisləri görüşdülər
DÜNYA 22:13 / 30.04.2021

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Moskvada ermənistanlı həmkarı Artak Davtyanla görüşüb.

Yenisəs.az xəbər verir ki, danışıqlar nümayəndə heyətləri səviyyəsində keçirilib. Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, bu, Rusiya və Ermənistan Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Buna qədər onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclası çərçivəsində görüşüblər.


787 oxunub

InvestAZ