XƏBƏR LENTİ
20 İyun 2021
18 İyun 2021
17 İyun 2021



2162 nəfər COVID-19-dan sağalıb - 27 nəfər vəfat edib
Sağlamlıq 21:54 / 30.04.2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 196 yeni yoluxma faktı qeydə alınıb, 2 162 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan    Yenisəs. az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 319 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 460 nəfər müalicə olunaraq sağalıb, 4 517 nəfər vəfat edib, aktiv xəstə sayı 25 132 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 319, ötən müddət ərzində isə ümumilikdə 3 241 186 test aparılıb.


907 oxunub

InvestAZ