XƏBƏR LENTİ
22 İyun 2021
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



“Dürüst davransalar, bizdən də dürüstlük görəcəklər” - Ərdoğan
DÜNYA 16:21 / 30.04.2021
Cənubi Kiprə inanmıram, güvənmirəm, onlar heç vaxt dürüst olmayıblar.

Yenisəs.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Bir neçə gün əvvəl Cenevrədə Kiprlə bağlı 5+1 formatında keçirilən görüşdən danışan Ərdoğan əlavə edib ki, 3 ay sonra keçiriləcək toplantıdan hansısa nəticə gözləmir:

"Çünki dürüst deyillər, yalan danışdılar, aldadırlar, keçirilən referenduma da hörmət etmədilər. İndi yenə eyni davranışı göstərirlər. Dürüst davranacaqları təqdirdə, bizdən də dürüstlük görəcəklər. Əks halda, razılığa gələ bilmərik".

Qeyd edək ki, 27-29 aprel tarixlərində Cenevrədə Kiprlə bağlı 5+1 formatında görüş keçirilib. Toplantıda tərəflər razılığa gələ bilməyiblər.
915 oxunub

InvestAZ