XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Əbülfət MƏDƏTOĞLU: -TƏƏSSÜF ANI... (Saralan dəftərdən)
YAZARLAR 14:58 / 30.04.2021


Başıma gələnlər başmaqçılığa,
Öyrədə bilmədi ,məni. öyrədə...
Başına dolanıb Tanrı tək sevdim -
Düşündüm, bu bəlkə səni öyrədə...
Kimsə izləmədi bu açıq dərsi,
Müdavim yox idi özümdən başqa...
Əlimi uzadıb tutmağa belə -
Heç nə tapılmadı dözümdən başqa...
Qurulmuş divandı, kəsilmiş cəza -
Ürəyi çarmığa çəkmək açıqca...
Zəlzələ özü də təbii qəza -
O da bir dərs olur bizə acıqca!
... Çökmüş dəvə kimi dizim yer eşir,
Məni bu halımda qəmdi dindirən...
Uzaqdan üstümə bir kölgə düşür -
Gəlir. ayağına məni endirən...

579 oxunub

InvestAZ