XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



"Türkiyə artıq fərqlidir, inamla ayaq üstə dayanıb" - Peskov
DÜNYA 20:37 / 29.04.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsini necə irəli aparması Vaşinqtonun xoşuna gəlmir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, ABŞ daha "yumşaq" bir Ankaraya üstünlük verərdi.

"Türkiyənin suverenliyi və suveren bir inkişaf kursuna sadiq qalması, ABŞ və NATO üçün narahatlıq yaradan mövzudur. Ərdoğanın inamla Türkiyəni irəli aparması Vaşinqtonun xoşuna gəlmir, çünki onlar "sözəbaxan" bir Türkiyəyə üstünlük verərdilər. Ancaq bu, belə deyil. Türkiyə artıq fərqlidir, inamla ayaq üstə dayanıb".


1085 oxunub

InvestAZ