XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021
18 İyun 2021



Lavrov : - Müharibənin qarşısını almaq mümkündür
DÜNYA 13:26 / 28.04.2021

"Rusiya pasportuna malik 500 min nəfər əhalinin yaşadığı Donbassda müharibənin qarşısını almaq mümkündür və bu, vacibdir”.

Yenisəs.az  "Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov adıçəkilən regionda mümkün müharibə variantını dəyərləndirərkən deyib.

O, bu fikirlərinin Rusiyanın mövqeyi olduğunu vurğulayıb. Rusiya XİN başçısı qeyd edib ki, Ukrayna tərəfinin və şəxsən Prezident Vladimir Zelenskinin sözügedən məsələyə yanaşması barədə məlumatı yoxdur.

S. Lavrovun qənaətinə görə, Ukrayna liderinin yeganə istəyi nəyin bahasına olursa-olsun hakimiyyətini qorumaqdır: "Baş verənlər göstərir ki, o hadisələrin gedişatından asılı olmayaraq vəzifədə qalmaq istəyir”.

Xatırladaq ki, Donbasda vəziyyət martın sonlarında gərginləşib. Tərəflər hadisələrin gərgin məcrada inkişafında bir-birini günahlandırır. Bir qədər əvvəl Ukraynanın Müdafiə Nazirliyi Rusiyanı sərhəd zonasına Silahlı Qüvvələrin əlavə şəxsi heyəti və hərbi texnikasını cəlb etməkdə günahlandırıb. Buna cavab olaraq, Kremlin mətbuat katibi Dmitri Peskov hökumətdə qoşunların ciddi zərurət olan nöqtələrə yerləşdirilməsinin məqsədəmüvafiq hesab edildiyini vurğulayıb.


1096 oxunub

InvestAZ