XƏBƏR LENTİ
20 İyun 2021
18 İyun 2021
17 İyun 2021



Gürcüstan Parlamentinin yeni spikeri seçilib
DÜNYA 19:13 / 27.04.2021

Gürcüstan Parlamentinin vitse-spikeri Kaxa Kuçava səs çoxluğu ilə respublikanın qanunverici orqanının sədri vəzifəsinə seçilib.

Bu barədə "Rustavi 2” telekanalı xəbər yayıb.

Məlumata görə, onun namizədliyini 86 millət vəkili dəstəkləyib, altı nəfər əleyhinə çıxıb.

Xatırladaq ki, aprelin 24-də Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze istefa qərarı barədə bəyan edib. Bundan sonra hakim "Gürcü Arzusu” Partiyası Kuçavanı bu vəzifəyə namizəd irəli sürüb.


904 oxunub

InvestAZ