XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib
Gündəm 20:47 / 22.04.2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 047 yeni yoluxma faktı qeydə alınıb, 2 610 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan   Yenisəs.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 307 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 272 575 nəfər müalicə olunaraq sağalıb, 4 274 nəfər vəfat edib, aktiv xəstə sayı 31 131 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 542, ötən müddət ərzində isə ümumilikdə 3 153 877 test aparılıb.


340 oxunub

InvestAZ