XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



ABŞ Türkiyənin simasında həqiqi müttəfiqlə uydurulmuş tarix arasında seçim etməlidir - Türkiyə PA
SİYASƏT 15:54 / 22.04.2021

ABŞ qondarma "erməni" soyqırımını tanısa, bu, Vaşinqtonla Ankaranın gələcək münasibətlərini təhdid altına alır.

Bunu Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, ABŞ Türkiyənin simasında həqiqi müttəfiqlə uydurulmuş tarix arasında seçim etməlidir: "Qondarma "erməni soyqırımı"nı tanımaqla ABŞ Türkiyənin simasında müttəfiq itirəcək. Bu, həm də iki ölkə arasında münasibətlərə ciddi ziyan vuracaq".

Administrasiyadan, həmçinin vurğulayıblar ki, Türkiyə əvvəlki kimi 1915-ci illə bağlı hadisələrin araşdırılması üçün arxivlərin açılmasının tərəfdarıdır: "Türkiyə tarixində heç bir "erməni soyqırım"ı olmayıb. Erməni lobbisinin Türkiyəyə qarşı iddiaları əsassızdır".


459 oxunub

InvestAZ