XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
08 May 2021



Nazir müşavirindən Mirələmovun videosuna MÜNASİBƏT
KRİMİNAL 13:20 / 22.04.2021

Təhsil nazirinin müşaviri Elnur Nəsibov YAP Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı sosial şəbəkələrdə yayılan qeyri-əxlaqi görüntülərə münasibət bildirib.

Yenisəs.az  Publika.az -a  istinadla xəbər verir ki, nazirlik rəsmisi bu barədə Feysbuk hesabında paylaşım edib.

"Ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa...", - E.Nəsibov qeyd edib.

Elnur Nəsibov paylaşımı ilə bağlı izləyicilərin reaksiyalarına da cavab verib: "Daha böyük problem şəxsi həyata dair məlumatın ictimailəşdirilməsidir. Heç bir halda "ağsaqqal" bir adamın belə hərəkətinə haqq qazandırmaq olmaz və bu, qəti doğru hərəkət deyil. Mənə, sizə və digərlərinə qarşı yox, öz ailəsinə, övladları və nəvələrinə görə. Ancaq bunu ölkə gündəminə çevirmək də düz deyil. İctimai səviyyədə yaymaq isə daha böyük əxlaqsızlıqdır.

İnsanın əxlaqı, təlimi, tərbiyəsi, Allaha inamı və ailəsinə sayğısı varsa, o zaman heç bir kənar şərt onu əks istiqamətə yönəldə bilməz. Bu dəyərlərin üzərində çalışmaq, onları aşılamaq lazımdır. Əxlaqsızlığı ictimailəşdirib ondan şou düzəltmək, insanların şəxsi həyatına müdaxilə və "qınaq" heç bir məsələnin davamlı həlli deyil. Bizdə şəxsi həyata aid məlumatın yayılmasını həvəslə edirlər. Əslində, bunun özü ən böyük əxlaqsızlıqdır. Deyilənlər edilənə haqq qazandırmır. Bu da doğru hərəkət deyil. Ancaq ölkə gündəmini də zəbt etməməlidir belə bir hadisə. Daha böyük problemlər var.

Bir neçə dəfə şərhlərdə qeyd etdiyim kimi, mənim mövqeyim belədir: edilən hərəkət əxlaqsızlıqdır və heç bir halda haqq qazandırmaq olmaz. Sadəcə, şəxsi həyata aid məlumatın aqressiv formada ictimailəşdirilməsi bir çox insanın həyatına təsir edir, o cümlədən həmin şəxslərin yaxınlarına. Nəticələr fərqli, bəzən də faciəvi ola bilər. Bunu başa düşmək vacibdir.

Mən o adamı şəxsən tanımıram. Hərəkəti də şiddətlə qınayıram. Qeyd etdiyim kimi, statusumun da məqsədi 3-cü tərəflərin qızışdırıcı fəaliyyətinə həsr edilib. Bu video yayıldı, qohum-əqrəba gördü, hər hansı bir cinayət baş verdi. Nəticələri görmək o qədərmi çətindir? Və ya bu mövzunu ölkə gündəminə çevirmək gələcəkdə eyni tipli hərəkətlərin qarşısını alacaqmı? İnanmıram".


1025 oxunub

InvestAZ